Əlamətdar günün məqsədi cəmiyyətdə insanları, (həmçının dövlət və özəl sektorda çalışanları) QHT-də fəal iştirak etməyə həvəsləndirməkdir. O, həmçinin dünyada insanları QHT və onların cəmiyyətə təsiri haqqında maarifləndirmək məqsədi daşıyır. Qeyd edək ki, Ümumdünya QHT Günü 2010-cu il aprelin 17-də Litvanın paytaxtı Vilnüs şəhərində Baltik Dənizi QHT Forumunun 12 ölkəsi tərəfindən rəsmi olaraq təklif edilib və görüşdə qəbul edilmiş bəyannamə ilə elan olunub. Baltik Dənizi QHT Forumuna üzv ölkələr Belarus, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İslandiya, Latviya, Litva, Polşa, Rusiya, Norveç və İsveç olub. Almaniya, Avropa İttifaqı, Hindistan, Böyük Britaniya Nümayəndələr Palatası və Lordlar Palatası bu ideyanı dəstəkləyiblər və iclaslarında müzakirə ediblər. Ümumdünya QHT gününün ilk qlobal açılış tədbiri 27 fevral 2014-cü il tarixində Finlandiyanın Helsinki şəhərində Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən keçirilib. Ümümdünya QHT Günü ideyasını əsas etibarilə Avropa İttifaqı və Avropa Şurası kimi Avropa institutları dəstəkləyir.
Hazırladı: Mina RƏŞİD