Bu sözləri Xocalı şəhəri sakini, şəhid polis əməkdaşı Vaqif Behbudovun oğlu Vaqif Behbudov söyləyib.
Şəhidin oğlu faciədən üç ay sonra dünyaya göz açdığını qeyd edib: “Mən şəhid ailəsində böyümüşəm və Xocalı soyqırımının ağrısını daşıyan nəsillərdən biriyəm. Xocalı faciəsində ağır itkilər vermişik. Ailəmizin dörd üzvü – atam, nənəm və iki yaxın qohumum şəhid olub. Ümumilikdə qohumlarım arasında 27 nəfər faciənin qurbanına çevrilib. Xocalıda məhv olmuş səkkiz ailədən məhz biri atamın xalasının ailəsi olub”.
“Atam Vaqif Behbudov Xocalının iki şəhid polis əməkdaşından biri idi. O, Xocalının müdafiəsi uğrunda qəhrəmancasına vuruşaraq canını Vətən uğrunda fəda edib. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm”, - deyə V.Behbudov fikrini tamamlayıb. (AZƏRTAC)