Bunu Laçın sakini Vüqar Qəhrəmanoğlu deyib.
Onun sözlərinə görə, 10 yaşında Laçını tərk edib və hazırda 31 ildən sonra öz yurduna geri dönür.
“Biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can-sağlığı arzulayırıq, şəhidlərimizin valideynlərinə Allahdan səbir diləyirik. Biz dövlətimizə, ordumuza güvənərək öz yurdumuza geri qayıdırıq.
Laçın artıq günü-gündən gözəlləşir, çiçəklənir. İlk arzum budur ki, yaxın qohumlarımızın qəbirlərini ziyarət edim”, - deyə o bildirib. (Trend)