Bunu "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat çıxışında bildirib.
"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 51 325, itkin ailə üzvlərinin 4 və yaralıların 25 934 müraciəti olmaqla, ümumilikdə, 77 263 müraciət təmin edilib. 193 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib, onlardan 184-ü müharibə əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda 1 müharibə əlilinin müalicəsi Türkiyə Respublikasında davam edir", - o qeyd edib. (APA)