Belə şəhidlərimizdən biri də İmran Əliyevdir.
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan İmran Əli oğlu Əliyev 1993-cü il aprelin 7-də Göyçay şəhərində anadan olub. Uşaqlığı və gəncliyi Bakıda keçib. Bakıda 54 nömrəli məktəbdən məzun olduqdan sonra Azərbaycan Texniki Universitetinin komputer mühəndisliyi fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra isə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra Təlim Tədris Mərkəzinin kursunu müvəffəqiyyətlə başa vuraraq "leytenant" kimi Bərdə şəhərinin N saylı hərbi hissəsində fəaliyyətə başlayıb. İmran Əliyev 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 27 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
İmran Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ