24.04.2025, 20:11
AZ EN
17.02.2025, 08:47 279

Bu gün Qlobal Turizm Dayanıqlığı Günüdür

XƏBƏRLƏR
  • 17 fevral Qlobal Turizm Dayanıqlığı Günüdür. BMT Baş Assambleyasının qərarı ilə təsis olunmuş bu tarixin qeyd edilməsinin əsas məqsədi qlobal turizm sektorunun davamlı inkişafına diqqət çəkməkdir.

Azərbaycan öz zəngin tarixi, mədəniyyəti və unikal təbiəti ilə turizm sahəsində geniş imkanlara malikdir. İşğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun bərpası və müasir turizm obyektlərinin yaradılması isə bölgənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, ölkənin turizm potensialını da möhkəmləndirəcəkdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər