12.03.2025, 08:41
AZ EN
14.02.2025, 17:36 69

Kəlbəcərli idmançı Avropada nüfuzlu yarışa qatılacaq

XƏBƏRLƏR
  • Azərbaycan Kikboksinq Federasiyasının milli yığma komandasının üzvü, dəfələrlə dünya və Avropa çempionatlarının və İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elxan Əliyev WAKO-Pro Avropa kəmərinin müdafiəsi uğrunda Avropa ölkələrinin birində mübarizə aparacaq.

"Vətən səsi" xəbər verir ki, əslən Kəlbəcər rayonundan olan Elxan Əliyev 2023-cü ildə Almaniyanın paytaxtı Berlində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışda WAKO-Pro Avropa kəmərini qazanıb. Bundan başqa, gənc idmançı 2024-cü ildə WAKO-Pro dünya kəmərinə iddiaçı olub və döyüşdə məğlub olub.

Xatırladaq ki, WAKO-Pro dünya kəməri uğrunda yarışları Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO Kickboxing) təşkil edir. Burada idmançıların əldə etdiyi nailiyyətlər nəzərə alınır. Kəlbəcərli idmançımızın iddiaçı seçilməsi Azərbaycan Kikboksinq Federasiyasının uğurlarından sayılmalır.

Elxan Əliyev "Samux" Kikboksinq Klubunun idmançısıdır. O, ilk məşqlərini və bütün nailiyyətlərini Azərbaycan Respublikasının əməkdar məşqçisi Elnur Salamovun rəhbərliyi altında əldə edib. Hazırda isə həmyerlimiz məşqlərinə Sirac Ələkbərovun rəhbərliyi altında hazırlaşır.

Elxan SALAHOV

Oxşar xəbərlər