15.01.2026, 04:09
AZ EN
31.01.2025, 17:41 318

Azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir

XƏBƏRLƏR
  • Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirləri davam etdirir.

Bu barədə DİN-dən bildirilib. Məlumata görə, işğaldan azad olunan ərazilərdə yaşayan, işləyən və buraya səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı sanitariya-gigiyena tələbləri izah edilir, maarifləndirici məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür: "Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Xüsusən də tütün məmulatlarını, zibili, tullantıları urnalardan kənara atmaq ictimai qınaq obyektidir və qanunla qadağandır. Bu kimi hallar inzibati məsuliyyət yaradır". (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR