3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib və birinci yerə layiq görülmüşdü. Yusif davranışı, savadı, mədəniyyəti, əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi. Yaşadığı illərdə isə o, özündə yalnız fövqəlinsana xas olan keyfiyyətləri qoruyub saxlayırdı. Yaşasaydı Azərbaycanının görkəmli riyaziyyatçılarından biri olacaqdı. Yusifin ölümü də düşüncəyə sığmır. O, yanvarın 19-dan 20-nə keçən gecə anadan olmuşdu. Qanlı 20 yanvar hadisəsində, doğum günündə onun bir qolu tapılmışdı. Şəhidimizin 1 qolu torpağa tapşırılmışdı.
Allah Yusif Sadıqova və bütün şəhidlərimizə rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ