09.06.2025, 11:09
AZ EN
16.01.2025, 10:06 268

Biz inanırıq ki, yaxın zamanda öz torpalarımıza qayıdacağıq

XƏBƏRLƏR
  • Biz inanırıq ki, yaxın zamanda öz torpalarımıza qayıdacağıq deyən Tahir İbrahimov yurd nisgili ilə yaşayan minlərlə Qərbi azərbaycanlıdan biridir.

O, 1946-cı ildə Göyçay Mahalının Cil kəndində doğulub. Uşaqlığının keçdiyi o torpaqlardan danışır. Gah kədərlənir, gah da xoş anlarını təbəssümlə xatırlayır: “ Göyçənin gözəlliyi, xoş adət-ənənələri, adicə torpağı bizim yadımızdan çıxmaz. Xüsusən Göyçə gölünün ətrafında keçirdiyimiz günlər ömür boyu bizim yadımızda qalacaq. Göyçənin  bütün adət-ənənələri, insanların bayramları qarşılamağı , bütün yeni il şənlikləri, toy mərasimləri demək olar ki hər yerdən fərqlidir. Onlarda bütün məclislər sazla başlayardı. Bu bir tarixi ənənə idi. ”

Ermənilərin Göyçənin sahiblərinə işgəncələr verməsini ata-babalarından eşitsə də sonradan özü bu təkrarlanan tarixin canlı şahidinə çevrilir. O günlərin yaddaşında və taleyində dərin iz buraxdığını acılı, şirinli xatirələrin heç birinin unudulmayacağını dilə gətirir.

Tahir İbrahimov deyir ki, babalarımız, yaşlı adamlarımızın hamısı o işgəncələr haqqında saatlarla danışa bilər. Göyçə üçün ən dəhşətli işgəncələrdən biri aşıq Nəcəfə zülm edilən işgəncədir . Ermənilərin əlinə keçən Nəcəfin kürəyinə qaynar samovar  bağlayıblar və açıq yolnan onu yola salıblar ki, bu işgəncəylə o məhv olsun. Sonra adamları bir dama yığıb qapını bağlayıb ,bayırdan da dama od vurub yandırırdılar. Bu tarixdə silinməyən izlərdir.

Öz kəndinə geri dönmək arzusunun onu bir an belə tərk etmədiyini söyləyir Tahir İbrahimov. Deyir ölkə başçısının qətiyyətli siyasəti sayəsində Qərbi azərbaycanlıların tarixi yurda qovuşması, illərin nisgilinə son qoyulması uzaqda deyil. Bütün Qərbi azərbaycanlıların istəyi budur. Gec-tez onların da hüquqları bərpa olunacaq. Doğma yurda sülh və təhlükəsizlik şəraitində qayıdacaqlar.

Günel QULİYEVA

Oxşar xəbərlər