10.06.2025, 00:50
AZ EN
30.10.2023, 08:01 394

Laçın sakini: 31 ildən sonra Vətənə qayıtdığım üçün böyük sevinc hissi yaşayıram

XƏBƏRLƏR
  • Otuz bir ildən sonra Vətənə qayıtdığım üçün böyük sevinc və qürur hissi yaşayıram. Laçından çıxanda 27 yaşım var idi, indi 58 yaşındayam. Bundan sonrakı ömrümü bütün laçınlılarla birlikdə doğma diyarda yaşayacağam.

Bu sözləri oktyabrın 30-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə yola düşən Kəmalə Həsənova müsahibəsində deyib.

İki oğul anası olduğunu deyən Laçın sakini keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yarandığı üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi dərin ehtiramla yad edib.

Sevinc göz yaşlarını saxlaya bilməyən Kəmalə Həsənova bütün keçmiş məcburi köçkünlərin, qaçqınların tezliklə doğma ata-baba yurdlarına qayıtmalarını arzulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər