“Xalq qəzeti”nin məlumatına görə, AMM-də olan görüşdə Erkin Nuriddinov fəaliyyətə başlaması münasibətilə mərkəzin yeni direktoru Akif Mariflini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Özbəkistan arasında mədəniyyət, elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə əməkdaşlığa dair məsələlərdən söhbət açılıb. Həmçinin Azərbaycan dilinin və ədəbiyyatının Özbəkistan universitetlərində geniş təbliği istiqamətində səylərin daha artırılmasının vacibliyi, universitetlərimiz arasında əlaqələrin genişlədirilməsi və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzi arasında bu il üçün birgə əməkdaşlığa dair razılıq əldə olunub.
Sonda Akif Marifli Dostluq Cəmiyyətinin Mədəniyyət Mərkəzi ilə uzunmüddətli əməkdaşlığı üçün təşəkkürünü bildirib.
Hazırladı: Mina RƏŞİD