- Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Aksiya gecəboyu davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
Ekofəallar aksiyanın 58-ci günündə havanın qarlı və dumanlı, eyni zamanda şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər. (APA)