Füzuli RİH başçısı Alı Alıyev əvvəlcə yeni il münasibəti ilə bütün sakinləri təbrik edib, 2025-ci ilin millətimiz və dövlətimiz üçün uğurlu il olmasını arzulayıb.
Rayon rəhbəri diqqətə çatdırıb ki, vətəndaşlarla mütəmadi olaraq səyyar qəbulların keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə olan diqqət və qayğısının bariz nümunəsidir.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı üzrə idarə-təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Hazırladı: Mina RƏŞİD