“Suverenliyimizi təmin edənlər” adlı yeni kitab çap edilib
XƏBƏRLƏR
Xocavənd rayonu, Nərimanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi, Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifi Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” adlı kitabı işıq üzü görüb.
Kitaba antiterror şəhidlərinə həsr edilmiş materiallar toplanıb. Müəllif hər bir şəhidin ömür yolunu izləyib, qəhrəmanlıqla dolu döyüş yollarını sadə və səmimi bir üslubda yazıya gətirib. Kitab ensiklopedik xarakter daşıyır.