24.04.2025, 05:10
AZ EN
27.12.2024, 13:21 282

Kəlbəcərli alim elmi işini Fransada müdafiə etdi

XƏBƏRLƏR
  • ADA Universitetinin gənc müəllimi, əslən Kəlbəcər rayonundan olan Samir Orucov Fransada elmi işini uğurla müdafiə edərək tətbiqi riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

“Vətən səsi” xəbər verir ki, 36 yaşlı Samir Orucov dekabrın 19-da Fransanın Cənubi Burotan Universitentində ikisi fransız, biri ispan, digəri isə avstraliyalı olmaqla dörd alimin rəhbərliyi altında elmi işini ingilis dilində müdafiə edib. Elmi müdafiənin müzakirəsində Avropanın müxtəlif ölkələrindən alimlər iştirak edib. Onun ingilis dilində sərbəst danışması, opponentlərinin müxtəlif dillərdə suallarına dəqiq cavab verməsi alqışlarla qarşılanıb.

Bakı Dövlət  Universitetində humanitar sahə üzrə ali təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmiş Samir Orucovun doktarant olarkən elmi işini “Tətbiqi riyaziyyat” sahəsindən  seçməsi xüsusi marağa səbəb olub.

Elxan SALAHOV

Oxşar xəbərlər