RİH başçısı E.Hüseynov Prezident İlham Əliyevin müvafiq göstəriş və tövsiyələrinə uyğun olaraq respublikanın hər yerində, o cümlədən Xocavənd rayonu ərazisində əhali ilə keçirilən mütəmadi görüşlərin, səyyar vətəndaş qəbullarının əhəmiyyətindən söz açaraq bildirib ki, başlıca məqsəd sakinləri narahat edən məsələləri araşdıraraq operativ həllinə nail olmaq, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət etməkdir. Həmçinin hər kəs əlavə vaxt itkisinə yol vermədən, yaşadığı ünvanı tərk etmədən rahat şəkildə Xocavənd Rayon İcra Hakimiyyətinə olan istənilən məzmunlu müraciətlərini “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalı vasitəsi ilə də ünvalaya bilər. Bütün qeyd olunanlar ölkəmizdə vətəndaş məmunluğunun artırılmasına hesablanmış çoxsaylı tədbirlərdən biridir.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri təklif və müraciətləri dinlənildikdən sonra qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli istiqamətində RİH başçısı aparatının və qəbulda aidiyyəti təşkilatları təmsil edən məsul şəxslərə konkret tapşırıqlar verilib.
Hazırladı: Mina RƏŞİD