- Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 3-cü mədən küçəsində müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərlə səyyar görüş keçirib. Onların yaşayış şəraitləri ilə yaxından tanış olub, qayğıları ilə maraqlanıb.
Görüş zamanı vətəndaşların fikir və təklifləri dinlənilib, mövcud problemlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Tahirə AĞAMİRZƏ