S.Orucova ziyarət zamanı 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan gizir Rahim Tağıyev və gizir Nurlan Abdullayev, Vətən müharibəsi şəhidləri baş gizir Yasən Əhmədov, baş gizir Tapdıq Qurbanəliyev, MAXE Səbuhi Məmmədov, MAXE Şahmar Məmmədov, əsgərlər Nahid İbrahimzadə, Oruc Nəcəfli, Emin Rüstəmzadə, Musa və Tural Həsənov qardaşları, həmçinin 2023-cü ilin antiterror əməliyyatları zamanı şəhid olan kiçik çavuş Süleyman Mehdiyevin ailələrinə baş çəkib.
İB sədri şəhid ailələrinin problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.
Mina RƏŞİD