20.10.2024, 01:29
AZ EN
04.03.2022, 10:10 165

Şuşada hərbçimiz həlak olub

XƏBƏRLƏR

Martın 3-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Tovuz rayonu Aşağı Quşçu kəndindən olan Kazımov Vüsal Vüqar oğlu Şuşada hərbi maşının aşması nəticəsində həlak olub.

“Qafqazinfo” bu məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə istinadən yayıb. Məlumatda bildirilir ki, 2000-ci il təvəllüdlü Vüsal Kazımovun nəşi Bakının Nəsimi rayonunda yaşayan ailəsinə təhvil verilib. V. Kazımovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin məzunudur. 

Müdafiə Nazirliyi də  faktı təsdiqləyib.  Nazirlikdən bildirilib ki, “hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır”.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər