19.12.2024, 12:38
AZ EN
19.12.2024, 08:33 132

“Sevdası Vətən olanlar” adlı şəhidlərimizə həsr edilmiş kitabın təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Sədərək Mədəniyyət Sarayında Vətən uğrunda canından keçmiş 43 şəhidin həyat hekayəsi və döyüş yolundan bəhs edən “Sevdası Vətən olanlar” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi “Şərq qapısı” qəzetinin əməkdaşı Ramiyə Əkbərovadır.

Tədbirdə Sədərək rayonunun icra başçısı Naim Cahidzadə, Şərur rayonun icra başçısının birinci müavini Səfər Hüseynov, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov, onun müavini Əli Əlisoy, şəhid ataları Rəhim Mədətov, Hümbət Rzayev, şəhid anası İradə Quliyeva, “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev çıxış ediblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər