İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyinin sədri, layihənin rəhbəri Kənan Qubadzadə, Rayon İcra Hakimiyyətinin, Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin əməkdaşları, tələbələr iştirak edib.
Tədbirdə çıxış edənlər İsmayillı Rayon İcra Hakimiyyətinin, Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi Gənclər Mərkəzi İctimai Birliyinin layihəsinin əhəmiyyətindən, Qərbi Azərbaycanın tarixi, mədəni irsi, tarixi şəxsiyyətləri, hüquqi sənədləri, müxtəlif illərdə həyata keçirilən deportasiya və bu müddət ərzində vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasını şərtləndirən məsələlərdə ictimai rolun artırılması barədə fikirlərini bildiriblər.
Tədbirdə layihə çərçivəsində hazırlanan sənədli film nümayiş olunub, bukletlər, dəftərxana ləvazimatları və geyim dəstləri paylanılıb.
Hazırladı: Mina RƏŞİD