“Vətən səsi” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İadrəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi İctimai Televiziyanın efirində deyib. Onun sözlərinə görə, ümumi sahəsi 476 hektar olan kənddə ilkin mərhələdə 275 hektar ərazisi layihələndiriləcək: “Burada 850 fərdi evin tikilməsi nəzərdə tutulur. Eləcə də alternativ enerji mənbələrindən istifadə olunacaq, tullantıların utilizasiyası həyata keçiriləcək, eləcə də kanalizasiya təmizləyici qurğular quraşdırılacaq. Kənddə söküntü və şaquli planlama işlərinin böyük hissəsi tamamlanıb”.
Bundan başqa, hazırda Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində də tikinti işləri davam edir. Leyla Sarabi bildirib ki, həmin kəndlərdə fərdi evlərlə yanaşı iaşə obyektləri də tikilir: “Xıdırlıda 719, Kəngərlidə 292, Sarıcalı da isə 203 fərdi ev inşa olunur. Həmçinin kənd meydanı, bayraq meydanı, emalatxanalar, məktəblər, bağçalar, ümumiyyətlə yaşayış, insanların məşğulluğunun təmin olunması üçün bütün şərait yaradılır”.
Mətbuat katibi işğal dövründə terrora məruz qalan mədəni abidələrdən də danışıb. O, qeyd edib ki, düşmən nəinki mədəni abidələr, hətta tprpağa, təbiətə, təhsil infrastrukturuna da barbar münasibət göstərib: Məktəblər, uşaq bağçaları darmadağın edilib, maddi mədəniyyət nümunələri, tarixi abidələr yerlə-yeksan edilib. Hazırda bu istiqamətdə də bərpa işləri aparılır. Ağdamda işğal və zəfər muzeyi yaradılacaq. Muzeydə müəyyən ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Ağdamdakı Cümə Məscidi Heydər Əliyev Fondu tərəfindən konservasiya və restavrasiya olunub”.
Elxan SALAHOV