Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimində deyib.
“Qərbi Azərbaycan bizim qədim torpaqlarımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir. Markalar da bir sübutdur. Həmçinin tarixi sənədlər, arxiv materialları dəfələrlə bu sübutları dünya ictimaiyyətinə təqdim edib. Dövlət başçımızın qeyd etdiyi kimi, biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Hazırda əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - deyə nazir müavini əlavə edib.(AZERTAC)