Bu fikirləri jurnalistlərə müsahibəsində Ağalıya köçən kənd sakini Məhərrəm Orucov söyləyib.
“Mən doğulub boya-başa çatdığım yerlərə qayıtdığım üçün çox sevinirəm. Bizə bu sevinci yaşadan Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı arzulayıram”, - deyə M. Orucov vurğulayıb.
O əlavə edib: “Köçən sakinlərin Zəngilana sağ-salamat çatmasını arzu edirəm”. (AZƏRTAC)