22.12.2024, 22:28
AZ EN
10.12.2024, 16:00 268

Bu gün insan haqlarının ən səmimi müdafiəçisi Prezident lham Əliyevdir

XƏBƏRLƏR
  • “BMT Baş Assambleyasının 48-ci il 423 saylı qətnaməsi ilə 10 dekabr İnsan hüquqları günü kimi qeyd edilir. Universal xarakter daşıyan insan hüquqları ən ali dəyəri olasa da,  təəssüf ki, ötən 76 ildə bu istiqamətdə  ikili standartlar hökm sürüb”.

Bu sözləri millət vəkili Bəhruz Məhərrəmov Qərbin ikili stardartlarına fikir bildirərkən deyib.

O, bildirib ki, 91-ci ilə qədər insan haqları və demokratiya sovet sistemi ilə mübarizədə əsas rıçaq kimi çıxış edib. Baxmayaraq ki, SSRİ-ni xalqların həbsxanası hesab edən Qərbin özündə  hələ də irqi ayrı-seçkilik hökm sürməkdə və bütün qitələri əhatələyən böyük coğrafiyada xalqlar müstəmləkə zülmünə məruz qalmaqdadr. Sovetlərin yıxılması ilə isə Qərb insan haqlarını faktiki inhisarında olan təcavüz alətinə  çevirib: “Bu gün dünyada  harda qan tökülürsə, demokratiya və insan haqları adına edilir. Harda işğal və təcavüz varsa, bu adla pərdələnir. Amma gəl ki,  saxtakar Qərb informasiya maşını və  Azərbaycandakı tör-töküntüləri bu məsələni elə təqdim edirlər ki, sanki  demokratiya cihadı edirlər. Məsələn, kərimli adlı ünsür “soros”un maliyyələşdirdiyi muzdlu mediada hər gün Qərbin dəstəklədiyi Ukrayna hakimiyyəti və gürcü müxalifətini öyən məzmunsuz yazılar paylaşır. Düzdür, vay o qüvvənin halına ki, onun müdafiəçisi Kərimlidir. Amma istənilən halda, sən insan haqlarından danışırsansa, bir dəfə də qlobal Bakı prosesindən danış. Fransa müstəmləkələrindən yaz.  Bir dəfə ABŞ-ın  demokratlar iqtidarının törətdiyi faciələrdən danış. Bu gün Rusiyanı tənqid etməyə nə var ki.  Cəsarətiniz çatır, Qərbin ikili standartlarından, Ermənistana hərbi missiya göndərən Avropa İttifaqından danışın. Danışa bilmirsiniz. Çünki danışmağa cəsarətiniz yoxdur.  İndi Suriyada rejimin devrilməsindən fərəhlənirlər. Guya öz aləmlərində  əmsal gətirməyə çalışırlar. Ay yazıqlar, Azərbaycan xalqı  bu prosesdən hələ 93-cü ildən keçib. Hakimiyyəti zorla zəbt etmiş AXC-Müsavat iqtidarının  rüsvayçı şəkildə tarixin zibilliyinə atılması elə əsl xalq hərəkatı, inqilabı idi.Sadəcə Heydər Əliyev kimi müdrik bir Liderin mövcudluğu bizdə prosesləri qansız-qadasız ötüşdürdü. Məhz onun humanistliyi nəticəsində siz sağ qaldınız.  

İndi yeni bir siyasi məhbus tandemi atıblar gündəmə. Kimdir siyasi məhbus? Jurnalist, yaxud siyasətçi olmaq ayrıcalıq sayılmalıdırmı?  “Meydan tv” kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə görə onlar jurnalistdir deyib gözmü yummalıyıq? Yaxud Qərbin tezislərini feyzbuk səhifəsində paylaşmağı siyasi fəaliyyət kimi təqdim edəcəksə kimsə, həmin şəxs barəsində bütün əsaslı şübhələri kənara qoyub deyəcəyik ki, kişi siyasətçidir?

Son vaxtlar Qərbin bəzi səfirləri də bu prosesdə aktivləşib. Amma 30 il milyon yarım azərbaycanlının haqqını  görməzdən gələn Qərb hansı vətəndaşın bu gün müdafiəsində səmimi görünə bilər? Ona görə də heç kim bizə nağıl danışmasın. Bu gün insan haqlarının ən səmimi müdafiəçisi bir milyon məcburi köçkünün təməl haqlarını təmin etmiş, 350 minlik Qərbi azərbaycanlının haqlarının müdafiəsinə qalxan, dünyada vaksin millətçiliyinin qarşısını alan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun Prezidenti cənab İlham Əliyevdir”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər