19.12.2024, 12:49
AZ EN
10.12.2024, 15:05 176

Ağdam şəhərində böyük park salınır

XƏBƏRLƏR
  • Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı növbəti tender elan edib.

“Vətən səsi” xəbər verir ki, elanda  “Ağdam şəhərində Mərkəzi parkın tikintisi işləri”nin satın alınması  nəzərdə tutulub. Bildirilir ki,  yenidən qurulan Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi parkın salınmasını nəzərdə tutan tenderin ehtimal olunan dəyəri 8 milyon 752 min manatdır. Tenderdə iştirak etmək istəyən iddiaçılar müvafiq sənədlərini 10 yanvar 2025-ci il tarixədək satıanlama təşkilatının ünvanına (Ağdam şəhəri) təqdim etməlidir. Müsabiqədə iştirak haqqı 1500 manat təşkil edir. Açıq tenderin nəticələri bir aydan sonra elasn ediləcək.

Xatırladaq ki, mərkəzi parkın ümumi ərazisi dörd zonaya - Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarına ayrılacaq. Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Belə ki, parkda su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Park Ağdam sakinləri ilə yanaşı şəhərin qonaqlarının, turistlərin istirahəti üçün də, ən gözəl məkanlardan biri olacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər