Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, görüş zamanı COP29 iqlim sammiti, beynəlxalq çağırışlar və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Belə toplantıların mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Baş katibə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı Qlobal Bakı forumları, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq və digər təşəbbüslər haqqında məlumatlar verilib.
Bundan əlavə, Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmaların illüstrasiyası əsasında hazırlanmış xatirə qəpiyi BMT-nin Baş katibinə hədiyyə olunub. (AZERTAC)