44 günlük Şanlı Vətən Müharibəsində qazandığımız böyük zəfərdən bəhs edən “Allaha salam” filminin təqdimatı Nizami Kino Mərkəzində keçiriləcək. Film 8 noyabr – Zəfər günü ərəfəsində təqdim ediləcək.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Xəyal Rza, bədii rəhbəri Xalq artisti Oktay Mir-Qasımdır.
Şanlı zəfərimizdən bəhs edən filmdə baş rolun ifaçısı Xalq artisti Məmməd Səfadır.