Bu sözləri yanvarın 29-da Bakıdan Füzuli rayonuna yola düşən keçmiş məcburi köçkün Günel Hüseynova deyib.
“Allaha çox şükür ki, haqq-ədalət öz yerini tapdı. Nəhayət, bizim doğma yurd həsrətimiz sona çatdı. Füzulidən gənc yaşlarımda çıxmışam, indi isə öz ailəmlə doğma elimə qayıdıram”, - deyən Günel Hüseynova sevincinin həddi-hüdudu olmadığını bildirib. (AZƏRTAC)