09.05.2025, 05:24
AZ EN
25.11.2024, 16:15 253

Şuşa sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyəti başçısının Suraxanı rayonu, Niyazi adına Şuşa şəhər Musiqi məktəbində rayon sakinləri ilə səyyar görüşü keçirilib.

Səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənildi, səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər