BMT baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: “Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”.
BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edib.
Azərbaycanda da, bu əlamətdar gündə “Qadın, Uşaq və Ailələrə Dəstək Mərkəzi” ilə birgə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dəyirmi masa kimi bir çox tədbirlər keçirilib.
Hazırladı: Mina RƏŞİD