09.06.2025, 18:06
AZ EN
02.09.2022, 16:00 443

İrəvan xanının nəticəsi ilə görüş təşkil edilib

XƏBƏRLƏR
  • “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “İrəvan xanlığı – Azərbaycan tarixinin şanlı səhifəsi” adlı tədbir keçirilib.

Təşkilatın sədri İradə Rizazadə təşkilatın dəvəti ilə Azərbaycana gələn İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvanini qonaqlara təqdim edib.

Görüşdə AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və t.f.d Elçin Qarayevin “İrəvan xanlığının Azərbaycan tarixində rolu” mövzusunda məruzələri dinlənilib, tarixçi alimlər, həmçinin vətəndaş cəmiyyətini təmsil edən digər şəxslər tariximizin qızıl səhifəsi barədə fikirlərini bildiriblər.

İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslinin davamçısı Əmir Əli Sərdari İrəvani öz nəsil şəcərəsindən, ulu babalarının hakimiyyətdə olduğu dövrdə fəaliyyətindən bəhs edib, eyni zamanda, Azərbaycanda olduğu müddətdəki təəssüratlarını bölüşüb.

İrəvan xanının nəticəsi Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qarabağa səfərinin onun həyatında, yaddaşında silinməz izlər qoyduğunu və bu gün tarixi şəxsiyyətlərin, tanınmış nəsillərin xaricdə yaşayan varislərinin ana vətənlərinə gətirilməsinin nə qədər böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Tədbir iştirakçıları Əmir Əli Sərdari İrəvaninin Qarabağa səfərinə həsr olunmuş “Vətən uzaqda deyil” proqramına tamaşa edib və sonda qonaq jurnalistlərin suallarını cavablandırıb.

Oxşar xəbərlər