Layihənin əsas məqsədi gənclərin intellektual biliklərini, dünyagörüşünü artırmaq, onlar arasında şəbəkələşməni gücləndirmək və Qarabağımızın dirçəldilməsinə dəstək vermələrini təmin etmək olub.
“Böyük Qayıdış” Gənclər Təşkilatından verilən məlumata görə, layihə çərçivəsində “Xəmsə” formatında keçirilən yarışda, ümumilikdə, Qarabağ bölgəsindən olan 40 gəncin iştirakı ilə 8 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Maraqlı və gərgin mübarizənin sonunda “Qarabağ” komandası birinci yeri qazanıb. “Murov” və “Qarabulaq” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıb. (AZƏRTAC)