Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Zəngilan rayon təşkilatı, “Qızıl Zəngilan” jurnalının təsisçisi və redaktoru, yazarlar, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, rayon ziyalıları və ağsaqqalları, məktəb direktorları, QHT-lərin yerli nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edilib.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Möhsümov “Qızıl Zəngilan” jurnalının yaranması və son 10 ildə davamlı nəşri barədə məlumat verib.
Mövzü ətrafında çıxışlardan sonra jurnalın nəşrində əməyi olan bir qrup yazara Zəngilan Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub.
Mina RƏŞİD