Bunu “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının iştirakı ilə keçirilən işgüzar görüşdə söyləyib.
Qarabağın dirçəlməsinə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq etdiklərini deyən Osman Karakuş əlavə edib: “Bununla da Qarabağdakı inkişafa, həyatın normal vəziyyətə dönməsinə öz köməyimizi göstəririk. “Azərlotereya” olaraq işğaldan azad edilmiş ərazilərdə yaşıllaşdırma işləri ilə bağlı layihələrimiz də vardır”. (AZƏRTAC)