Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, idarə və müəssisələrin kollektivlərinin iştirak etdiyi aksiyada qəsəbə ərazisində yerləşən yolların kənarında 300 həmişəyaşıl ağac əkilib.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 800 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Hazırladı: Mina RƏŞİD