18.10.2024, 10:26
AZ EN
26.09.2024, 13:37 231

Şərəfli ömür yaşamağın özü böyük nemətdir

XƏBƏRLƏR
  • Hər kəs mənsub olduğu ailənin, mahalın, məmləkətin, xalqının tarixinin bir parçasıdır. Nə yaxşı ki, Allahdan verilən ömür payını yaşadığı müddətdə tarixin keşməkeşli yollarında büdrəməyən, keçmişinə arxa çevirməyən, xalqına şərəflə xidmət edən, dövlətə sədaqəti ilə tanınan, ölkəsinin əmin-amanlığı, inkişafı üçün var qüvvəsi ilə çalışan, həyatını bu yolun daha böyük uğurlara çatması üçün sərf eyləyən  insanlarımız var. Belə insanlar elə gənc yaşlarında müdrik olurlar. Ona görə də zəhmət çəkdikləri yolda dünyanı aydınladan işığı görmək qabiliyyətinə malik olurlar. “El-obaya uzanan əl, Tanrı dərgahından heç vaxt boş qayıtmaz”, - deyib dədələrimiz. Bəli, həqiqətən də bu belədir. İnsan sevgisini qazanmaq, Vətən naminə şərəfli ömür yaşamağın öz böyük nemətdir, insanı Allaha yaxınlaşdıran nemət...

Həyatının öncəliyini dövlətə və dövlətçiliyə sədaqətini amala çevirən, ölkə başçısının vəzifə və tapşırıqlarının məsuliyyət və ləyaqətlə yerinə yetirilməsində səy və məsuliyyətlə çalışan və bu nailiyyətlərin ölkəmizə daha da böyük uğurlar gətirəcəyinə inanan, xalqına, tabeliyində olan əhalisinə şərəflə, yorulmadan xidmət edən insanlardan biri də Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsqovdur. Elimizin, obamızın dəyərli ağsaqqalı, arxa-dayağı, ümid qapısı olan xeyirxah əməlləri ilə hər birimizin həyatında önəmli yer tutan Malik İsqovun hər bir evdə, ailədə adı qürurla çəkilir.  Bu gün şərəfli ömür yaşayan müdrik ağsaqqalımızın doğum günüdür. Bu gün onun həyatında ən əziz, ən doğma gündür. Çünki uzun illər həsrətini çəkdiyi doğma Qubadlımızda Azərbaycanımızın üç rəngli bayrağı dalğalanır. Bu gün Xocalımızda, Laçınımızda, Xankəndimizdə həyat öz axarına düşür. Bu gün Qubadlımızda ordumuz, polisimiz Vətənə şərəflə xidmət edir. Bu gün Qubadlımızda quruculuq, təmir-bərpa işləri gedir. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Bütün bunlar isə Malik müəllimi ürəkdən sevindirir, qürurlandırır...

Malik Xızır oğlu İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində doğulmuşdur.

O, gənc yaşlarından əmak fəaliyyətinə Sumqayıt şəhərində elektrik çilingərliyindən başlayaraq zavod direktorluğuna qədər yüksəlmişdir. 90-cı ilin əvvəllərindən dəfələrlə Qubadlıda, sərhədlərimizdə, döyüşçülərlə və camaatımızla yaxından təmasda olmuş, zavodun bütün imkanlarından istifadə edərək həm camaatımıza, həm də Qubadlı özünümüdafiə bataliyonlarına  köməkliklər etmişdir. Malik İsaqov 2001-ci ildə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Malik İsaqov səmərəli fəaliyyətini daha da genişləndirmiş və fəaliyyətə başladığı vaxtdan bu günə kimi Respublika Prezidetinin apardığı uğurlu siyasəti müdafiə edir.

Sumqayıt şəhərində yerləşən rayon icra strukturunun, idarə və müəssisələrin fəaliyyəti əhalinin məskunlaşma spesifikası nəzərə alınmaqla tənzimlənmişdir. O, respublikanın bir çox rayonlarında, 20 minə yaxını isə Sumqayıt şəhərində müvəqqəti məskunlaşan köçkünlərimizə əlindən gələn köməkliyi əsirgəməmişdi.

Məcburi köçkün həyatı yaşayan əhalinin problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, habelə idarə, müəssisə və təşkilatların işinin səmərəli qurulması Rayon İcra Hakimiyyəti başçısı Malik İsqovun işgüzar fəaliyyətində öz əksini tapmışdır. Bu illər ərzində əhalinin həyat şəraitinin yaxşılaşdırılması, mənzil-məişət şəraitinin təmin edilməsi üçün uğurlu tədbirlərin həyata keçirilməsi, müasir standartlara cavab verən onlarla məktəbin tikilib məcburi köçkün şagirdlərin ixtiyarına verilməsi, məktəblərin əsaslı təmir edilməsi, qayğıya daha çox ehtiyacı olan imkansız ailələrin, şəhid, əlil və sosial durumu ağır olan digər ailələrin bütün ehtiyaclarının ödənilməsi, əhalinin işsiz hissəsinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin davam etdirilməsi, büdcədən maliyyələşən rayon təşkilatlarında çalışan insanların əmək haqqlarının vaxtlı-vaxtında ödənilməsi Malik İsqovun fəaliyyətinin bariz nümunəsidir.

Gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların sağlam həyat tərzinin formalaşması istiqamətində iş fasiləsiz aparılmış, Gənclər və İdman idarəsi,  Rayon Hərbi Komissarlığı, Rayon Təhsil və Mədəniyyət şöbələri kompleks tədbirlər həyata keçirmişlər.

Onu da vurğulayım ki, Malik İsqovun  diqqət və qayğısı sayəsində rayonumuzun gəncləri dövlətə və dövlətçiliyə sadiq olaraq bütün sahələrdə öncül yerlərdə olmağa səy göstərirlər. Elə bunun nəticəsidir ki, Qubadlıdan olan keçmiş məcburi köçkün gənclər arasında təhsilə, elmə, idmana olan maraq günü-gündən artır. Gənclərimizin hər il yüksək balla ali məktəblərə qəbul olması, Dünya Çempionatlarından, beynəlxalq turnirlərdən fəxri mükafatlartla, medallarla ölkəmizə dönməsi onun fəaliyyətinin əsas xəttini təşkil edir.

M.İsqovun səmrəli fəaliyyəti sayəsində təhsil, səhiyyə, mədəniyyət, kommunal-sosial və digər sahələrin inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlər də öz bəhrəsini vermişdir. Xüsusilə son bir neçə il ardıcıl olaraq təhsil göstəricilərinə görə rayonumuzun respublikada öncül mövqedə yer alması Qubadlıda təhsil ənənələrinin qorunub inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbirlərin nəticəsidir.

Milli Qəhrəmanlarımızın, Vətən uğrunda döyüşlərdə şəhid olan igidlərimizin xatirəsinin əziz tutulması, onların ailələrinə qayğı göstərilməsi, anım və doğum günləri ilə bağlı rayon səviyyəsində tədbirlərin keçirilməsi, eyni zamanda rayonun inkişafında zəhməti olan insanların qiymətləndirilməsi rayonumuzun əhalisi tərəfindən xususi rəğbətlə qarşılanır. M.İsaqov gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda milli kimliyin aşılanması və bir fərd kimi yetişməsinə xüsusi önəm verir. Malik müəllimin əhalimiz arasında yorulmadan apardığı siyasi və təşkilatçılıq işi, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanıldığı 44 günlük Vətən müharibəsi dövründə də sakinlərimizin ölkə başçısı, Müzəffər Ali Baş Komandan,  Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək, onun ətrafında sıx birləşərək özünü göstərib. Bütün bunlar icra başçısının Vətən qarşısında göstərdiyi xidmətlərin nümunəsidir. Malik İsaqovun Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən  3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi də rayon əhalisi arasında dərin etiram və minnətdarlıq hissi ilə qarşılanıb.

Biz də “Vetensesi.az” adından Qubadlı Rayon İcra Hakimiyyəti başçısı, rayonumuzun sayılan, sevilən hörmətli ağsaqqalı Malik İsaqovu səmimi qəlbdən təbrik edir, ona çətin və şərəfli işində uğurlar arzulayırıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər