23.12.2024, 03:08
AZ EN
22.10.2024, 14:09 298

Laçın RİH-in təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib

XƏBƏRLƏR
  • "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün cari ilin 18-27 oktyabr tarixlərində ölkəmzin 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən "Yaşıl bir dünya üçün həmrəy olaq!" şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinslərin əkilməsi nəzərdə tutulur.

Ölkənin bütün şəhər və rayonlarında olduğu kimi, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərlinin, rayonun hüquq mühafizə orqanlarınının rəhbərlərinin, idarə, müəssisə əməkdaşlarının, şəhid ailəsi üzvülərinin, Qarabağ müharibəsi iştirakçılarının və  çoxsylı qəsəbə sakinlərinin iştrakı ilə keçirilən aksiyada əvvəlcədən müəyənləşdirilmiş ərazi kimi qəsəbələri birləşdirən yolun ətrafında 550 ədəd müxtəlif növ ağac əkilmiş, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər  görülüb.

Qeyd edək ki, ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla, əkiləcək ağacların 749 min ədədi əsasən həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kollar, 170 min ədədi isə meyvə ağaclarıdır.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdən ibarətdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər