19.10.2024, 16:23
AZ EN
13.10.2023, 07:54 330

Füzuli sakini: Qalib ölkənin qürurlu vətəndaşları kimi öz yurdumuza qayıdırıq

XƏBƏRLƏR
  • Mən Füzulidən məcburi köçkün düşəndə 7 yaşım var idi. Bu gün isə çox gözəl bir şəkildə, Qalib ölkənin qürurlu vətəndaşları kimi doğulub boya-başa çatdığımız Füzuliyə gedirik. Hisslərimi sözlə ifadə etmək çətindir, çünki o xoşbəxtliyi qəlbən yaşayıram.

Bu sözləri doğma yurduna qayıdan Füzuli sakini Elnarə Abbasova söyləyib.

Hər bir Azərbaycan xalqının gözü aydın olsun deyən E.Abbasova Füzuli sakinlərini öz yurdlarına qayıtması münasibətilə təbrik edib.

O əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycan xalqına hər zaman diqqət və qayğı göstərib, maddi və mənəvi dəstəyini heç bir zaman əsirgəməyib. (AZƏRTAC)

Oxşar xəbərlər