Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin ölkənin xarici və daxili siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ölkə başçısının müvafiq tapşırığına əsasən vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açan icra başçısı bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həll etməkdən ibarətdir.
Səyyar qəbulda sakinlərin problem və təklifləri dinlənilib, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Görüşün sonunda qəbulda iştirak edən qəsəbə sakinləri problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD