Amma onu da qeyd edək ki, Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də igidlər yurdudur. Belə oğullardan biri də Elvin Aqil oğlu Məmmədovdur. O, 20 avqust 1986-cı ildə Şuşada anadan olmuşdur. Şəhərin işğalı ilə əlaqədar olaraq Biləcəri qəsəbəsində məskunlaşan Elvin Biləcəri qəsəbəsi, 297 saylı məktəbdə təhsil almışdır. Orta məktəbi müvəffəqiyyətlə bitirən E.Məmmədov Ali təhsil də almışdır. O, 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşmüşdür. Füzuli, Qubadlı, Şuşa uğrunda gedən əməliyyatlarda xüsusi fəallıq göstərən Elvin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Ailəlidir, III dərəcəli əlildir.
İsa MUSAYEV