19.10.2024, 16:43
AZ EN
10.10.2024, 16:18 219

Laçın rayonunda ayrılmış altı hektar sahədə 17 min 200 ədəd ağac əkilib

XƏBƏRLƏR
  • Laçın rayonunda ayrılmış altı hektar ərazidə əkin işləri görülüb, sahəyə 17 min 200 ədəd (göyrüş, vələs, fıstıq, akasiya) ağac əkilib.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov deyib.

Onun sözlərinə sözlərinə görə, ərazidə yeni ağacların əkilməsi istiqamətində işlər davam etdirilir:

"Aidiyyəti qrumlarla razılaşdırılmaqla ayrılmış 110 hektar ərazidə yenidən ağac əkilməsi işləri bu ilin aprel ayında başlayıb. Hazırda 6 hektar ərazidə əkin işləri görülüb, sahəyə 17 min 200 ədəd (göyrüş, vələs, fıstıq, akasiya) ağac əkilib və işlər davam etdirilir".

O məlumat verib ki, qorunma məqsədi ilə ərazinin 1200 m hissəsində dəmir cəpərlənmə işləri aparılıb: "Suvarma məqsədi üçün isə əraziyə 18 tonluq su cəni yerləşdirilib və müvəqqəti olaraq rezin borular vasitəsi ilə suvarılma işləri aparılır". (Report)

Oxşar xəbərlər