Bunu Elm və Təhsil Naziri Emin Əmrullayev şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində deyib.
Nazir bu gün Azərbaycanın dörd mindən çox məktəbində “Məzun günü” keçirildiyini diqqətə çatdırıb: “Sentyabrın 15-i Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Biz yeni universitet yaratmırıq, fəaliyyətini bərpa edirik.
Gənclərin hər il daha çox imkanları olur. Bu il də əvvəlki illərdə olduğu kimi ali təhsil müəssisələrinə qəbul planı artacaq. Eyni zamanda xaricdə, təhsil imkanları artırılır”. (APA)