01.08.2025, 16:05
AZ EN
09.10.2024, 15:12 399

ABŞ konqresmenlərinin qərəzli ədalətsiz mövqeyi ikrah doğurur

XƏBƏRLƏR
  • "COP29 yaxınlaşdıqca, ölkəmizə qarşı qərəzi olan ölkələr müxtəlif kampaniyalara start verəcək, Azərbaycanın beynəlxalq imicini ləkələməyə çalışacaqlar. Dünyaya ədalət çağırışı edən, amma ədalətsizliyin ən ifrat formalarını nümayiş etdirərək ölkələrin təbii sərvətlərinə manyakcasına göz qoyan ABŞ-nin həyasız konqresmenlərinin bizə göndərdiyi müraciət də elə ədalətsizlik və qərəzin növbəti təzahürüdür".

Bunu TAİB-in təsisçisi, "Missiya Media Qrupu"nun rəhbəri Ramin Əhmədov açıqlamasında deyib. O, əlavə edib ki, bizdən tələb edirlər ki, haqlı olaraq həbsdə saxladığımız erməni terrorçularını, separatçı ünsürləri azadlığa buraxaq: "Siz deyin, azərbaycanlıların qanını tökmüş, mədəni və dini abidələrimizi dağıtmış qanunsuz rejimin terrorçu liderlərinə azadlıq tələb etmək onların törətdiyi qanlı cinayətlərə dolayısı ilə haqq qazandırmaq cəhdi  deyilmi? 

Bilirsinizmi əsas məqsədləri nədir? İstədikləri odur ki, Azərbaycan müstəqil siyasətdən əl çəksin və onların diqtə etdiyi şərtlər altında Ermənistanla sülh müqaviləsi bağlasın. Bunun üçün Azərbaycana müxtəlif yollar və vasitələrlə təzyiq edir, ölkəmizin nüfuzuna kölgə salmağa çalışırlar. Riyakarlığın dərəcəsinə fikir verin: 30 il torpaqlarımız işğal altında qaldı, milyondan artıq qaçqın və məcburi köçkünümüz oldu, konqresmenlərdən birinin səsi çıxmadı, tükü tərpənmədi. İndi işğalda, millətimizə qarşı hərbi cinayətlərdə, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş erməni cəlladlarına azadlıq tələb edirlər. Budur erməniləri yeni müharibəyə təhrik edib, İrəvana üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə imkan verməyənlərin iyrənc sifəti, murdar siyasəti.

Amma alınmayacaq! Azərbaycanı özünün müstəqil şəkildə müəyyən etdiyi yoldan çəkindirə bilməyəcəklər. Dövlətimizin başçısını milli maraqlara söykənən siyasətdən yayındırmaq mümkün deyil! COP29-u da yüksək səviyyədə keçirəcəyik, Ermənistanı Zəngəzur dəhlizini açmağa məcbur da edəcəyik. İlham Əliyev varkən bütün hədəflərimizə çatacağıq. Buna əminliyimiz sarsılmazdır!",- deyə R.Əhmədov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər