Fakültə dekanı Ceyhun Məmmədov tələbələri və tədbir iştirakçılarını salamlayaraq, turizm sektorunun ölkə iqtisadiyyatının dayanıqlı inkişafında mühüm rol oynadığını, bu sahənin gələcəkdə daha da güclənəcəyini vurğulayıb və tələbələrdən gələcəyin peşəkar mütəxəssisləri kimi töhfələr gözlənildiyini xüsusilə qeyd edib.
Daha sonra İqtisadiyyat və menecment kafedrasının müəllimi Qəhrəman Yusupov Azərbaycanda turizmin müasir vəziyyəti, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizm potensialı haqqında tələbələri məlumatlandırıb.
Qarabağ Regional Turizm İdarəsinin rəhbəri Hikmət Heydərov regionda həyata keçirilən infrastruktur layihələrinin, eləcə də yeni turizm obyektlərinin yaradılması kimi tədbirlərin bölgənin turizm potensialını gücləndirəcəyini və ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini vurğulayıb.
Seminarda tələbələrin çoxsaylı sualları cavablandırılıb və turizm sektorunun gələcək inkişaf perspektivləri müzakirə edilib. Qeyd olunub ki, bu cür tədbirlər Qarabağ Universiteti və turizm sektoru arasında əməkdaşlığın möhkəmlənməsinə və regionda turizmin inkişafına töhfə verəcək.
Tahirə AĞAMİRZƏ