"Sərhədsiz həkimlər"in hər il minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.
Həkimlik dünyanın qədim olduğu qədər də ən məsuliyyətli peşələrindən biridir. Azərbaycan xalqı 2019-cu ildə başlayan yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə və Azərbaycanın şanlı Zəfər çaldığı Vətən müharibəsində bu peşənin vacibliyini bir daha dərk etdi.
Son statistik məlumatlara əsasən, Azərbaycanda ümumilikdə 31,8 min həkim və 55,7 min orta tibb işçisi fəaliyyət göstərir. Bu həssas və xeyirxah peşə sahiblərinin kabinetdə və ya səhra şəraitində işləməsi onların xidmətlərini azaltmır, çünki onlar bütün hallarda can sağlığının qoruyucularıdır.
Hazırladı: Mina RƏŞİD