Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayonda məskunlaşmış Qərbi azərbaycanlılar iştirak ediblər.
Çıxış edənlər zaman-zaman xalqımıza qarşı edilən tarixi xəyanətlər haqqında danışaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sözlərini xatırladıblar: “Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan, əslində, Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”.
Tədbirdə məktəblilər Dərələyəz əsilli, xalq şairi Vahid Əzizin “Dərələyəz” poemasından parçalar söyləyiblər. Həmçinin iştirakçılara Dərəlyəz folklorundan bayatılar, Dərəlyəz yallisı, Dərəlyəzdən, Her-herdən gətirilən əşyaların sərgisi, Qərbi Azərbaycan, Dərəlyəz və Her-Her mətbəxi təqdim olunub.
Sonda rayon rəhbəri Dərələyəzdən olan ağsaqqallarla birlikdə tort kəsib.
Tahirə AĞAMİRZƏ