19.09.2024, 19:53
AZ EN
18.09.2024, 18:51 128

“Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə xalçalar hazırlanıb

XƏBƏRLƏR
  • Dövlət Neft Şirkəti ilə “Azərxlaça” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlığı nəticəsində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə hazırlanan ekskulizv limitli kolleksiyaya daxil olan  müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.

Bu barədə Dövlət Neft Şirkətinin rəsmi səhifəsində məlumat yayılıb.

Məlumata görə,  SOCAR-ın Baş ofisində təşkil olunan mərasimdə  yeni kolleksiya ilə bağlı təqdimat edilib. Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf 2024-cü ilin müstəqil Azərbaycan tarixində mühüm əhəmiyyətə malik  “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlamətdar olduğunu vurğulayıb. Rövşən Nəcəf xalqımızın Ümummilli Lieri, enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə imzalanan bu tarixi sənədin ölkəmizin hərtərfli və dayanıqlı tərəqqisini təmin etməklə yanaşı,  regional əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. SOCAR prezidenti bu əlamətdar hadisə ilə bağlı il ərzində SOCAR tərəfindən silsilə tədbirlərin  təşkil edildiyini, bu xüsusda enerji siyasətimizdən bəhs edən markaların “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş  limitli xalça kolleksiyasının  hazırlandığını qeyd edib.

Daha sonra “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdrə Heyətinin sədri  Emin Məmmədov çıxış edərək Azərbaycan xalq tətbiqi sənətinin  və onun mühüm qolu olan  xalçaçılığın milli-mədəniyyət tariximizdə özünəməxsus yer tutduğunu vurğulayıb. O,  “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə  SOCAR arasındakı səmərəli  əməkdaşlığın bu sahənin inkişafına mühüm töhfə verdiyini bildirib.

“Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli inkişafında önəmli rola malik olduğunu vurğulayan İdarə Heyətinin sədri bu əlamətdar hadisənin 30-cu ildönümü münasibətilə ekskluziv limitli kolleksiyaya daxil olan  müxtəlif ölçülü xalçaların hazırlandığını diqqətə çatdırıb. SOCAR-la “Azərxalça” arasında səmərəli əməkdaşlığın  mövcud olduğunu deyərək birgə fəaliyyətin gələcəkdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Daha sonra xalçaların kəsim mərasimi keçirilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR