21.09.2024, 18:42
AZ EN
13.09.2024, 10:07 215

Türk dünyasının ortaq əlifbası qəbul edilib

XƏBƏRLƏR
  • Türk dünyasının ortaq əlifbası qəbul edilib. Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət ortaq türk əlifbası təkilifi ilə bağlı razılığa gəlib.

Bu barədə Qazaxıstanın paytaxtı Astanada yerləşən Türk Akademiyası məlumat yayıb. Türk xalqları arasında  qarşılıqlı anlaşma və  əməkdaşlığı təşviq edən əlifbanın üzərində bir müddətdir ki, danışıqlar gedirdi. Qeyd edək ki, əlifba  ötən gün Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclasında təsdiq edilib.

Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli məsələ ilə bağlı İTV-yə açıqlamasında bildirib ki, Ortaq Türk Əlifbasının yaradılması zamanın tələbidir: “Bugünki Azərbaycan dövlətində strateji siyasətində önəmli  yer tutur ki, türk xalqları arasında inteqrasiya güclənsin. Artıq bu əlifba ilə əgər gələcəkdə lüğətlər nəşr olunsa,  kitablar nəşr olunsa,  mətbuat olsa, internet resrusları gerçəkləşsə, bu xalqlarımız arasında türk xalqlarının o tarixi, mədəni, mənəvi birliyini daha da sürətləndirmiş olacaq”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər